Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib.
Hafta.az-ın yazdığına görə, bulda rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ümumilikdə 30-a yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 13 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, İcra Hakimiyyəti Başçısı tərəfindən rayonun digər kənd və qəsəbələrində də əhali ilə görüşlər davam etdiriləcək.